Haqqımızda

Şirkət haqqında

PAEC MMC

(təchizat və mühəndislik şirkəti)

Upstream və Downstream əməliyyatlarında ixtisaslaşmış qlobal neft-qaz avadanlıqlarının Alqı-Satqısı, Mühəndislik və Təchizatı şirkətidir. Təcrübəli idarəetmə komandası və özünün möhkəm kapital bazası, risklərin idarə edilməsi və biznes yanaşması ilə PAEC öz tərəfdaşlarının hörmət və dəstəyini qazanmışdır.

Mütəxəssislərimizin geniş məlumat bazası, təcrübəsi, bazar bilikləri, uzun müddətdir qurulmuş işgüzar əlaqələr və avadanlıq istehsalçıları ilə birbaşa əməkdaşlıq, aşağı qiymətlər bizə ən yüksək keyfiyyətə və vaxtında çatdırılmaya zəmanət verərək xərcləri minimuma endirməyə və kommersiya şərtlərini optimallaşdırmağa imkan verir. Təklif etdiyimiz bütün məhsullarımız API, QOST, ASTM, EN, ISO və digər beynəlxalq standartların tələblərinə cavab verir.

AMALIMIZ və MİSSİYAMIZ

Beynəlxalq və milli standartlara uyğun olaraq, müasir və yüksək texnoloji təchizat zəncirini peşəkar işçi qüvvəsi ilə birləşdirməklə, milli iqtisadiyyata töhfə verən sahələrdə xidmət və məhsulların dəyərli və etibarlı təchizatçısı olmaq. Xidmət göstərdiyimiz neft-qaz və enerji sektorları üçün innovativ həllər üzrə yerli və dünya bazarlarında lider olmaq. Yüksək səviyyəli təchizat zənciri və texniki xidmətə nəzarət sistemini qurmaqla, səmərəliliyin artırılması və xərclərin minimuma endirilməsi baxımından müştərilərin ehtiyaclarını peşəkar səviyyədə qarşılayacaq müasir beynəlxalq şirkət olmaq. Biznesimizin bütün əsas sahələrində davamlı təkmilləşmə mədəniyyətini yaratmaq.